media-avrr

“Avropa İttifaqındakı bəzi dövlətlərin təmsilçiləri bu qurumun imkanlarından sui-istifadə etməyə çalışırlar. Cənubi Qafqaz üzərində aparılan siyasət Fransa və onun yandaşlarının planlaşdırdığı  və həyata keçirmək istədikləri çirkin oyunların bir parçasıdır. Aİ Şurasının Ermənistandakı müşahidə missiyasının mandatını iki ilədək uzadılması həmin ssenariyə uyğundur. Maraqlı burasıdır ki, missiyanın tərkibində Kanada da daxil olmaqla 25 ölkəni təmsil edən beynəlxalq heyət var. Yerli mütəxəssislərlə birgə 200-dən çox “dürbin diplomatları”nın sərhəd “əməliyyatları” heç də sülhdən yana deyil. Əsas məqsəd Avropa İttifaqının hərbi mövcudluğunu təmin etməkdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Aİ-nin “mülki müşahidə missiyası” adı altında bölgəyə yerləşdirilən “diplomatlar”ın mandatının uzadılmasına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bu qərar Azərbaycan-Ermənistan normallaşma prosesinə ciddi şəkildə zərər vura bilər:

“Avropa İttifaqı 2022-ci ildə Azərbaycan-Ermənistan danışıqlarında aktiv vasitəçilik edirdi. Praqada əldə edilən razılaşmaya əsasən Aİ Ermənistanın Azərbaycanla sərhədinə 40 nəfərlik heyəti 2 ay müddətinə yerləşdirirdi. 2023-cü ilin yanvarın sonlarında isə Bakını razılığı olmadan Müşahidə Missiyasının mandatı yeniləndi və nəzarət edəcəyi ərazilər genişləndirildi. Beləliklə, ilkin razılaşmalar avropalılar tərəfindən pozuldu.  40 nəfərlik heyət əvvəlcə 138 nəfərə, daha sonra 209 nəfərə çatdırıldı. Fransa Milli Jandarma İdarəsinin briqada generalının Azərbaycan-Ermənistan şərti sərhədinə baş çəkməsi, ərazilərimizi binoklla müşahidə etməsi bu missiyanın mahiyyətini, məramını ciddi şəkildə dəyişdi, Fransanın mülki missiyadan hərbi və kəşfiyyat məqsədilə istifadə etməsi üzə çıxdı. Missiyadan Azərbaycan əleyhinə istifadə olunduğu danılmazdır, eyni zamanda “müşahidəçilər”in İran və Rusiyaya qarşı casus və kəşfiyyat şəbəkəsi kimi fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Mülki müşahidə missiyasının mandatının daha iki il müddətinə uzadılması həm də Ermənistanda Rusiya-Qərb, İran-ABŞ toqquşmalarının tezliklə baş verəcəyinə dəlalət edir. Avropa İttifaqının regionda yerləşmək niyyəti digər aktorların adekvat reaksiyası ilə qarşılanacağına şübhə yeri qoymur, sülhə böyük təhlükə ehtimallarını artırır”.


media-ads-728x90

Bənzər xəbərlər