Sumqayıt stadionunda yenidənqurma işləri aparılır

Sumqayıtın əsas açıq idman arenası – Mehdi Hüseynzadə adına şəhər stadionunda yenidənqurma işlərinə start verilib.

XALQ.AZ xəbər verir ki, artıq stadionda sökülməsinə başlanılıb. Şəhərin mərkəzində, Nəsimi adına parkın ərazisində 1966-cı ildə istifadəyə verilən stadion dəniz panoramasa olan futbol arenasıdır. Burada zamanında bir çox beynəlxalq yarışlar, tədbirlər keçirilib.
Artıq fiziki və mənəvi cəhətdən müasir tələblərə uyqun olmayan stadion öz tənəzzül dövrünü yaşayırdı. Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhər idmansevərləri üçün gözəl hədiyyə etdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseyov bildirib ki, yenidən qurma işlərini tenderi udan şirkət icra edir. Stadion tam sökülərək yerində yeni, müasir standartlara cavab verən stadion yaradılacaq. Azarkeşlərin rahatlığı üçün tribunaların üstü örtüləcək. Ümumilikdə tribunaların tutumu 18 min nəfər olaraq qalacaq, futbol meydanının kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək. Bununla yanaşı ərazidə otelin də inşa olunması planlaşdırılır.

Mehdi Hüseynzadə adına stadionunda yenidən qurma işlərinin 2020-ci ilin noyabrında yekunlaşdırılması nəzərdə tutulur.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/