Sumqayıtda etiraz aksiyası keçirilir

Sumqayit

4 və 8-ci mikrorayonun sakinləri şəhər rəhbərliyinə etiraz olaraq yolları bağlayıblar 

Hal hazırda Sumqayıt şəhərinin 4 və 8-ci mikrorayon sakinləri etiraz aksiyası keçirirlər.

XALQ.AZ JAM.AZ-a istinadən xəbər verir ki, faktiki olaraq hər iki yaşayış məntəqəsinin sakinləri yolları bağlayıblar.

Onlar Sumqayıt şəhər İcra Hakimiyyətinin yarıtmaz fəaliyyətinə etiraz edirlər. İcra başçısı Eldar Əzizovun əraziyə gəlməsini tələb edən sakinlərin əsas tələbi yolkənarı ərazilərin, bəzi yerlərdə isə yolların sahibkarlara satılmasına son qoyulmasıdır.