Sumqayıtda YANĞIN

Sumqayıt şəhərində yanğın olub.
Xalq.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin “Energetik” Mədəniyyət Evinin dam örtüyü qəfildənyanmağa başlayıb. Dərhal əraziyə 4 yanğınsöndürən texnika və canlı qüvvəcəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.