Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yanğın qeydə alınıb.

XALQ.AZ-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində quraşdırılmış elektrik sayğacları və 3 p.m çıxış kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.