Suqızdırıcı sobadan kombi kimi istifadə edilir – Video

Bakı sakini Həmid Abdullayev suqızdırıcı sobadan kombi kimi istifadə edir. O, bütün evin qızdırılmasında kombidən yox, sadəcə suqızdırıcı sobadan istifadə edir. Nəticədə də həm quraşdırlması ucuz olur, həm də istifadə olunan qaz sərfiyyatı sutkalıq 70 qəpiyə başa gəlir.
XALQ.AZ xəbər verir ki, Həmid Abdullayev evlərin qızdırılmasında istifadə olunan kombiyə alternativ bir avadanlıq hazırlayıb. O, məzillərin qızdırılması üçün suqızdırıcı sobaya bir neçə əlavə avadanlıq quraşdırıb.
Həmid Abdullayev deyir ki, bu avadanlığın quraşdırlması kombidən daha ucuz başa gəlir. Hazırda mövsümlə əlaqədar bazarda kombinin qiyməti 800-1200 manat arasında olduğu halda, bu avadanlığın hazırlanmasına yalnız 350-400 manat xərc çəkilir. Bununla yanaşı, evin bütün otaqlarını qızdıran bu avadanlığın kombiyə nisbətən qaz və elektrik sərfiyyatı da az olur.
Suqızdırıcı soba tez-tez işlədiyindən sıradan çıxmaması üçün ona pult da quraşdırıb. Pult suyun lazımi temperaturda qızdırılmasını tənzimləyir.

Orxan