Suriya ordusunun hücumu: türk ordusu 33 şəhid verdi – Təcili

Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.