Sürücülük vəsiqəsi olanlara şad xəbər – Yenilik

suruculuk vesiqesi imtahani dyp den alina bilermi ekspert ve deputatdan maraqli teklifler

Bəzən sürücülər sürücülük vəsiqəsinin etibarlılıq müddətini unuda və yolda xoşagəlməz sürprizlə qarşılaşa bilər.

XALQ.AZ xəbər verir ki,, lakin “myGov” portalında qeydiyyatdan keçməklə sürücülər özünü belə hallardan sığortalaya bilər.

“myGov” portalında qeydiyyatdan keçdikdən sonra sürücülərə sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndəriləcək:

– sənədin vaxtına 60 gün qaldıqda;

– sənədin vaxtına 30 gün qaldıqda;

– sənədin vaxtına 10 gün qaldıqda;

– sənədin vaxtı bitdikdə.