Sürücülük vəsiqəsi bahalaşdı

Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu qüvvəyə minib.

 

XALQ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kollegiyası bununla bağlı “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişiklik edib.

Noyabrın 5-dən qüvvəyə minən qərara əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə artıq 18 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.