Şuşa sakini deputatları kövrəltdi – VIDEO

“Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür”.

XALQ.AZ-ın məlmatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib. O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib:

“Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir”.

Daha sonra Şuşa sakini Əsra Məmmədli çıxış edib. O, ata-anasının Şuşa ilə bağlı xatirələrini danışıb.

Əsra Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib.

Sonda deputatlar şuşalı Əsra Məmmədlini ayaq üstə alqışlayıblar.

İclasda Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

XALQ.AZ