Şuşanın işğalı günü daha bir həqarət

Disko

Ötən gün Əhmədli qəsəbəsində yerləşən “Təbrik” restoranının “Zümrüd” zalında şənlik mərasimi təşkil edilib.

Bu barədə XALQ.Az-a həmin restoranlarda çalışan şəxslər məlumat veriblər. Məlumata görə restoranın sahibi Hacı Namiq öncədən aldığı böyük məbləğdə puldan imtina edə bilməyərək müştəri ilə razılaşıb və banket təşkil edib. Bu, restoran işçilərindən bir neçəsinin etirazına səbəb olsa da, rəhbərlik buna əhəmiyyət verməyib. Hətta işçiləri restorandan qovmaqla hədələyib. Onlar isə rəhbərliyə Şuşanın işğalı günü belə bir şənliyin təşkil olunmasının yolverilməz olduğunu deyiblər. Xatırladaq ki, ötən gün – mayın 8-i Şuşanın ermənilər tərəfindən işğal oldunduğu gündür. Belə bir gündə “Təbrik” restoranında şənlik mərasiminin təşkil olunması həqarətdən başqa bir şey deyil. Həmçinin bu, restoran rəhbərliyinin də Azərbaycan xalqına sayğısızlığıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.