Sverdlovsk nümayəndələri Bakıda

Bakıda Rusiyanın Sverdlovsk vilayəti nümayəndələri ilə işgüzar görüş keçirilib.

Görüş çərçivəsində tərəflər arasında üç sənəd imzalanıb.

Azərbaycan hökuməti ilə Sverdlovsk vilayəti hökuməti arasında iqtisadi-ticari, elmi-texniki və başqa sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələr sazişi, Bakı Dövlət Universiteti ilə Rusiyanın birinci prezidenti B.Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq memorandumu, Azərbaycan Dillər Universiteti ilə Rusiyanın birinci prezidenti B.Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Orxan