Təcili tibbi yardım gec gəldiyi üçün avtoqəzada ər-arvad öldü

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dənXALQ.AZ-a verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə E.Məmmədovun sərnişini – arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, hadisə şahidlərinin bildirdiyinə görə Təcili Tibbi Yardım hadisə yerinə gec gəldiyinə görə qəzada xəsarət alanlar vəfat edib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.