Təhsil naziri məktəblərdə müəllim yerlərini 8 min manatdan satır? – Qalmaqal…

Azərbaycan məktəblərində müəllim yerlərinin 8 min manatdan satılması ittihamı gündəmi qarışdırıb. Sosial şəbəkələrdə müzakirələr başlanıb. Jurnalist Eynulla Fətullayevin bu haqda “facebook” səhifəsində qalmaqallı status paylaşması Təhsil Nazirliyini hədəfə çıxarıb.

XALQ.AZ xəbər verir ki, Jurnalistin sözlərinə görə, Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox – məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusilə təbii fənlər çöküb: “Sən nədən danışırsın ay zalım? Yenə rus dilində kitab, dərslik, müəllim tapmaq olar, Azərbaycan bölmələrində axirətdir!!!

Bax, bu zalıma nə deyəsən? Sən təhsilin probleminden danış, rüşvətdən danış… Ne deyəsən bu vicdanını itirmiş deputata?! Azərbaycan xalqına niyə bu qədər nifrə tedirsən???” -, deyə millət vəkili Gövhər Baxşəliyevanı tənqid etmişdi.

Məktəblərə müəllim işə götürülməsi müsabiqələr və təyinatlarla olur. Amma bu müsabiqələrin formal xarakterdaşıdığı, rüşvət piramidasının yerli təhsil şöbələrindən nazirliyə qədər uzandığını iddia edirlər. Ceyhun Bayramovun nazir təyinatından sonra bu sahədə ciddi irəliləyiş olmayıb.

Təhsil eksperti, vaxtilə Misir Mərdanovu yıxıb – sürüyən, təhsildə rüşvətdən danışan, indi nazirlikdə işə düzələn Etibar Əliyev deyibki, müəllim yerlərinin 8 min manata satılması böhtandır: “İndi bizim də iştirak etdiyimiz müəllimlərin işə qəbulu imtahanlarında rüşvət amili tamamilə istisna olunur.

8 min manata müəllimin işə qəbulu məsələsi yəqin ki, Eynulla bəyin həbsdə olduğu dövrlərə təsadüf edir. Və hamı bilirki, 2500-dən çox saxta diplomlu müəllimlər məktəbdən kənarlaşdırılıb. Bunu demək lazımdır”.

Zamanla müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi fikrinin ortaya atılması və ardınca 65 yaş senzini bəhanə edib müəllimləri kütləvi şəkildə təqaüdə göndərilməsi keçmiş Təhsil naziri Misir Mərdanov və nazirlikdə bu təşəbbüsün müəllifi Strateji Təhlil və Planlaşdırma şöbəsinin sabiq müdiri vəzifəsini daşıyan Fərzəli Qədirova kifayət qədər gəlir gətirdi. Bir sözlə, vakant müəllim yerlərinə öncə 6-7 min manat rüşvət almaqla başladılan “proses” nəticəsində məbləğ sonradan 10 min manata qədər qaldırıldı.

Narazılıqlar genişləndi, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi söhbəti gündəmdən çıxarıldı. Məlum oldu ki,gənc müəllimlərin işlə təmin etmək məqsədinin arxasında hər il bu “proses”dən milyonlarla manat rüşvət toplamaq məqsədi dayanırmış.

Təhsil Nazirliyinin iflasa uğrayan bu işinin sonradan təhsil ictimaiyyəti tərəfindən narazılıqla qarşılandığı,ölkə KİV-lərinin bu barədə çoxsaylı tənqidi məqalələrlə çıxış etməsi hər kəsə bəllidir.

O səbəbdəndir ki, təhsil üzrə ekspertlər, orta məktəbdə müəllim işləmək istəyənlər o zaman müəllimlərin işə qəbulunu Təhsil Nazirliyi deyil, TQDK-nın aparmasını məqsədə uyğun bilir, mətbuat bu barədə rəylər dərc edirdi. Çünki Təhsil Nazirliyinə inam itib.

Təhsil Nazirliyindən müəllimlərinişə qəbulu, tələbə köçürmələri, tikinti işləri, təchizat məsələləri alınmalı, nazirlik yalnız təlim-tədris prosesi ilə məşğul olmalıdır kimi fikirlər hələ o zaman mütəmadi olaraq səslənirdi. Buna dair beynəlxalq praktikadan misallar gətirilirdi. Hazırda internet resurslarına nəzər yetirdikdə də təhsil şöbələrindən müəllimlərin narazılıq etdiyi, məllimlərin dərs saatlarının kəsildiyi, onların işə qəbulu zamanı rüşvət istənildiyi haqda məlumatlar “en” qədərdir.

Ümumtəhsil məktəblərində hal-hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var.

Bəzi ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qaydada müəllimlərin işə qəbulu ilə bağlı səlahiyyət verilib. Bununla bağlı 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb.Həmin siyahıda 10 təhsil müəssisəsi yer alıb. O müəssisələr bunlardır:

Bülbül adına orta ixtisas musiqi məktəbi,
Bakı Avropa Liseyi,
İ.Əfəndiyev adına Elitar gimnaziya,
T.İsmayılov adına 6 nömrəli məktəb-lisey,
Akademik Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbi,
132-134 nömrəli Təhsil Kompleksi,
Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi,
Kimya-biologiya Təmayüllü Respublika Lisey,
Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası
T.Həsənov adına 23 nömrəli tam orta məktəb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.