Təhsil naziri yeni tədris ilindən danışdı

mektebb

Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev Bakı və regionlarda yerləşən özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən XALQ.AZ-a bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər. Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.

f7d8d16a 44ea 3064 a959 caa1c0aeec1a 8501597929519

xalq.az