Təlimlər Londonda baş tutmuşdur

Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus + layihəsinin növbəti təlimləri bu günlərdə Londonda baş tutmuşdur. XALQ.AZ məlumat verir ki, təlimlərdə İngiltərənin Middlesex, İsveçin Kral Texnologiya, İspaniyanın Alicante, Litvanın SMK Tətbiqi Elmlər Universitetlərinin ekspertləri və Azərbaycanın 11 ali təhsil müəssisələrindən 48 nümayəndə heyəti iştirak etmişdir. Təlimlərin məqsədi ali təhsildə keyfiyyət təminatının əsas məsələlərinin dərindən təhlili, ümumi və peşəkar bacarıqların, maraqlı tərəflərin müəyyənləşdirilməsi, onların qərarvermə prosesinə cəlb edilməsi yollarının öyrənilməsi, tədris nəticələrinin öyrətmə ,öyrənmə və qiymətləndirmə metodları ilə əlaqələndirilməsindən ibarət olmuşdur. Bakı Biznes Universiteti tərəfindən həyata keçirilən layihənin təlimləri uğurla başa çatdırılmış və sonda layihə iştirakçıları sertifikatlarla təltif olunmuşdur