TƏBİB: Sağalan şəxslər yenidən virusa yoluxa bilər

Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər. 

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 
R.Bayramlı qeyd edib ki, həmin şəxslər yenidən bu virusa yoluxsa da, xəstəliyi yüngül keçirə bilər:

“Bu günki nəticələr göstərir ki, yenidən yoluxmalar var. Amma bu yoluxma sonradan hansı vəziyyətdə ağırlaşa bilər, o barədə konkret qarantiya yoxdur”.