TƏBİB: Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir

“Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.

XALQ.AZ-ın nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu, heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”.