Təfəkkür tələbələrinə yeni “TƏLƏ”

52

 

Təfəkkürün rektoru Müşfiq Atakişiyev tələbələr üçün “tələ”

 

 

Müşfiq Atakişiyev təhsil haqqını ödəməyən tələbələri qovub, yerinə pul aldığı adamları gətirir Təfəkkür Unuiversitetinin rektoru Müşfiq Atakişiyev yeni qəbul olmuş tələbələri sıxışdırmağa başlayıb. Xalq.az-a verilən məlumata görə, rektor qəti təlimat verib ki, yeni qəbul olunanlar sentyabrın 1-nə kimi təhsil haqqını 100 faiz həcmində ödəməlidirlər. Əks təqdirdə, həmin uşaqlar universitetdən qovulacaqlar. Mənbə bildirir ki, Atakişiyevin belə bir addmım atması qabaqcadan düşünülmüş planın tərkib hissəsidir. Belə ki, o, bu addımı atmaqla Təfəkkür Universitetinin filiallarına pul müqabilində yerləşdirdiyi adamlara tələbə adı qazandırmaq istəyir. Yəni, filiallarda adı olub, özləri isə evdə kef çəkən şəxsləri təhsil haqqını ödəyə bilmədiyi üçün qovulan tələbələrin yerinə “perevod” olunacaqlar. Bunun müqabilində də əlavə olaraq pul alınacağı da deyilir. Xalq.az-a verilən məlumatda deyilir ki, universitetinin rektorunun əsas istəyi ən azı filiallardakı 50-dən artıq tələbəni Bakıya köçürməkdir. Çünki onların valideynləri artıq şikayətçi düşməyə başlayıblar. İş böyüməsin deyə Atakişiyev belə bir planını işə salıb. Bu əsnada təhsil haqqını ödəyə bilməyən tələbələrin valideynləri rektorla görüşmək cəhdləri isə alınmır. Atakişiyev onları qəbul etməkdən imtina edir. Vəziyyət belə olduğundan valideynlər də məcburiyyət qarşısında qalaraq pulu düzəltmək üçün banklardan kredit götürməli olublar. Amma xeyli sayda valideyn bu imkandan məhrum olduğundan uşaqlarının taleyi sual altındadır.

 

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq