Təhlükəsizlik Şurasının iclası keçirildi – Qarabağ məsələsi

Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, Nikol Paşinyanın başçılığı ilə keçirilən iclasda regiondakı situasiya müzakirə olunub.
“Təəssüf ki, Ermənistanın ətrafında situasiya nəinki satibləşməyib, əksinə gərginliyə doğru gedir. Ətrafımızda baş verənlər bizi sayıq olmağa, təhlükəsizlik məsələlərində diqqətli olmağa sövq edir”.
Paşinyan Ermənistanın və işğalda saxladıqları Qarabağın təhlükəsizliyini qorumalı olduqlarını da əlavə edib.

Yeganə