Təhsil nazirinin müavini təyin olundu-Dosye

 

Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

XALQ.AZ xəbər verir ki,  Məhəbbət Məhərrəm qızı Vəliyeva  təhsil nazirinin mavini təyin olunub. Bu təyinadək Məhəbbət Vəliyeva  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Məhəbbət Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası  Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Psixologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, məlumat rəsmi dərc olunmayıb. Təhsil nazirliyinin rəsmisi Cəsarət Valehov əməkdaşımıza bildirib ki, rəsmi məlumat olmadığı üçün təyinatla bağlı heç bir məlumatı yoxdur.