Təhsil Nazirliyinin qarşısında aksiya

TEHSİL

Bu gün Dövlət İqtisadi Humanitar Liseyinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qaşısında aksiya keçirib.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, onlra liseyə yeni direktor təyinatına qarşı çıxıblar.

Narazı müəllimlər bildiriblər ki, təhsil müəsisəsinə Ellada Qasımova rəhbərlik edib. Lakin o, təqaüdə göndərildikdən sonra müavini Ülkər İsmayılova müvəqqəti direktor təyin edilib: “Liseyin kollektivi Ülkər İsmayılovanın rəhbərliyindən razı olub. Bir neçə gün bundan əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsi liseyə qəbul məsələləri üzrə müavin təyin edib. İdarənin rəisi Nailə Rzaquliyevanın yaxın qohumu olduğu deyilən Leyla adlı müavin liseydə yaxşı qarşılanmadığına dair təhsil idarəsinin şğbə müdiri Bəhman Nəbiyevə şikayət edib. O isə öz növbəsində direktor Ü.İsamayılova ilə mübahisə edib. Şğbə müdiri ilə direktorun mübahisəsi isə liseyə yeni direktorun təyinatı ilə nəticələnib”.

Aksiya iştirakçıları 50 nəfərdən ibarət kolektivin etiraz məktubunu nazirliyə təqdim edib. Bu gün saat 16-da narazı müəllimlər Təhsil Nazirliyində qəbul ediləcək.


Comments are closed.