Tələbələr aprel şəhidlərinə film həsr etdi – VİDEO

Azərbaycan Milli Konservatoriyasında aprel döyüşlərində şəhid olmuş əsgər Əbdülməcid Axundova həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, Konservatoriyanın tələbələrinin birgə çəkdiyi serialın bir bölümü aprel şəhidlərinə həsr olunub. Serialın rejissoru və ssenari müəllifi Əli Əliyev aprel döyüşləri zamanı şəhid olan hərbçilərin tanıdılması və qəhrəmanlıqlarının təbliğ olunmasının vacibliyindən danışıb.Bu kimi ənənələrin davam etdiriləcəyindən söz açıb.


Daha sonra Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi çıxışında tələbələrin bu addımından qürurlandığını və onlara işlərində hər zaman dəstəyə hazır olduğunu bildirib.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova gənclərin bu cür vətənpərvər ruhda böyümüəsindən və şəhidlərin unudulmamısandan qürur duyduğunu bildirib.
Filmdə rolları konservatoriyanın tələbələri canlandırıb.

Azərbaycan Milli Konservatoriyasının tələbələrinin hazırladığı həmin filmi təqdim edirik:

 

Elgün