Tələbələr dava saldı: 18 ölü, 31 yaralı

Olum

Ötən gün Misirdə baş verən qarşıdurma faciə ilə nəticələnib.

Xalq.az-ın xəbərinə görə, Misirin Asvan şəhərində iki tayfa arasında baş verən qarşıdurmalarda 18 nəfərin öldüyü, 31 nəfərin yaralandığı bildirilir.

“Dünən cümə namazından sonra bölgədəki Əl-Həlayil və Əd-Dabudiyə tayfaları arasında silahlı qarşıdurmalar yaşanıb. Bu gün də davam edən qarşıdurmalarda 18 ölən və yaralananlar var.” – deyə Asvan şəhəri səhiyyə idarəsinin nümayəndəsi İhab İmad qeyd edib.

Hadisə şahidləri bildirir ki, ölkənin cənubunda yerləşən Asvan şəhərindəki bir yəhsil müəssisəsində tələbələrin dava salması iki tayfa arasında silahlı qarşıdurmaya gətirib çıxarıb. Silahlı qarşı durmada ölən və yaralananlardan başqa, 4 ev də atəşə tutulub.

Tayfalar arasında yaranan bu qanlı davanın təhlükəsizlik qüvvələri və bölgə əhalisi tərəfindən qarşısı alınıb.

Asvan yerli nümayəndələri yenidən baş verəcək davanın qarşısını əvvəlcədən almaq üçün əraziyə hərbi qüvvə cəlb edib