Tələbələrin davamiyyət limiti ləğv edildi

“Əgər tələbə hər fənn üzrə ayırılmış auditoriya saatlarının 25 faizini buraxırdısa, o, imtahana buraxılmırdı. Mövcud vəziyyət nəzərə alınaraq bu hədd aradan qaldırılıb”.

XALQ.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, artıq həmin həddin artırılıb-azaldılmasını təhsil müəsissəsi özü müəyyən edəcək.

Qeyd edək ki, bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.