Təməlində praqmatik siyasi kursun dayandığı inkişaf

Millət vəkili Pərvin Kərimzadə: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlara imza atacaq”

“2018-ci ilin ilk 9 ayı Azərbaycan üçün uğurlu olub. Xüsusən, xarici siyasət sahəsində əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinni artması ilə yadda qalıb. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutub. Cənab İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb”.
XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, müasir geosiyasi vəziyyətdə, siyasi çağırışların və xarici risklərin mövcud olduğu dövrdə müəyyən edilmiş siyasi hədəflərə çatmaq o qədər də asan deyil. Deputatın sözlərinə görə, bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır: “Son 9 ayda Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirib, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıb. Bu müddət ərzində ölkə başçısının 12 xarici ölkəyə səfəri, 15 dövlət və hökumət başçılarının Azərbaycana gəlməsi ölkəmizin xarici siyasətinin kifayət qədər düşünülmüş, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Qonşu ölkələrin rəhbərləri ilə çoxsaylı görüşlər, əldə olunan razılaşmalar bir tərəfdən ikitərəfli əlaqələri gücləndirir, digər tərəfdən regoinda sabitliyin, əmin-amanlığın qorunmasına öz töhvəsini verir”.
Millət vəkili P.Kərimzadə deyib ki, müsəlman ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Onun fikrincə, İslam dünyasında birliyin, həmrəyliyin möhkəmləndirilməsində Azərbaycanın atdığı uğurlu addımlar yüksək qiymətləndirilir: “Azərbaycan xarici siyasətinin aparıcı istiqamətlərindən biri də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsidir. Cənub Qaz Dəhlizi Məşvərətçi Şurasının İclası, VI Bakı Qlobal Forumu, “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransı bunun bariz nümunədir. Bunlar onu deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyev mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti həyata keçirir. Xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirən xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Ölkəmiz bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək, ölkəmiz həm xarici, həm də daxili siyasətdə daha böyük uğurlara imza atacaq”.
Orxan