“Təmiz dünya” 30 uşağa xidmət edəcək

“Təmiz Dünya” Qadınlara Yardım İctimai BirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

Layihə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi”ni əhatə edəcək.
Layihənin məqsədləri aşağıdakılardır:

 Bakı şəhərində 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq baxçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətləri göstərəcək Mərkəzin fəaliyyətinin təşkili;

 Həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi;
 Həmin uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi;
 Həmin uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi;
 Uşaqlarrın sağlamlıq problemlərinin aradan qaldırıması üçün, tibbi yardıma əlçatanlığının tətmin edilməsi;
 Uşaqların təhsilə maraqlarının gücləndirilməsi və davranış dəyişiklərinə nail olma;
 Ailə münasibətlərində valideyn uşaq və uşaq valideyn münasibətlərinin harmonal inkişafına dəstək;
 Mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi;
 Mərkəzlərin işçilərinin bilik və bacarıqlarının mütəmadi olaraq artırılması məqsədilə təlimlərin keçirilməsi;
 Uşaqlarla münasibətin formalaşması üçün valideynlərə psixoloji yardım və digər məlumatlandırma imkanlarının yaradılması;
 Uşaqların normal mühitdə böyüməsi üçün valideynlərə sosial müdaifə imkanlarına çıxışın təmininə dəstək;
 Çətin həyat şəraitində olan ailələrin mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmini;
 2019-ci il ərzində Binəqədi rayonu üzrə 30 uşağa günərzi xidmətlərin göstərilməsi.

Layihənin müddəti 4 aydır. 11 sentyabr 2019-cu ildə başlayan layihə 11 yanvar 2020-ci ildə başa çatacaq.

Artıq layihənin icrası ilə bağlı təşkilatı işlər, avadanlqıların alınması prosesi yekunlaşıb və uşaqlar mərkəzə cəlb edilir.