Təmsilçimiz Beynəlxalq Zurna Festivalına qatıldı

Zurna

Türkiyənin Muğla vilayətində dünyanın ilk beynəlxalq zurna festivalı keçirilir.

XALQ.AZ-ın məlumatına görə, keçən il Muğlada milli səviyyədə keçirilən festivalın miqyası bu il genişləndirilib. Muğla şəhər bələdiyyəsi tərəfindən təşkil edilən Beynəlxalq Zurna Festivalında Türkiyə ilə yanaşı, Azərbaycan, Bolqarıstan və Yunanısğandan olan zurna ifaçıları iştirak edir.

3 gün davam edəcək festivala 2500-ə yaxın adam iştirak edəcək.

Festivalın açılışını edən Muğla bələdiyyə rəisi Osman Gürün bildirib ki, bu il qardaş ölkə Azərbaycan və daha bir neçə ölkənin təmsil olunduğu festivalın miqyası gələn ildən daha da genişləndiriləcək.

Azərbaycanı Beynəlxalq Zurna Festivalında Şirzad Fətəliyev təmsil edir. Onun zurnada ifası festivala gələnlər tərəfindən bəyənilib.