Təranə: “Bu damğanın altından necə çıxacam”-Video

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova ötən gün həbs olunub.

XALQ.AZ xəbər verir ki,  qadın alverində təqsirləndirilən Təranənin bir müddət əvvəl verdiyi müsahibə yayılıb. Təranə ilk dəfə adının qadın alverində hallanmasına münasibət bildirib: “Zaman hər şeyin gözəl dərmanıdır. Tənha anayam və qız uşağı böyüdürəm. Heç vaxt bu qədər məşhurlaşmaq iddiasında olmamışam. Məşhurlaşmağım məni insanların gözündə maddi imkanı yaxşı olan biri kimi göstərir. Heç vaxt sınmamışam, ağlamamışam. Hər zaman ayaqlarımın üzərində dik dayanmışam. Pul qabımda 10 manat benzin, taksi pulum olub, amma insanlar elə bilib ki, 2-3 minim var. Heç vaxt bəlli etməmişəm.

Elə qalmaqallar olub ki, anam məndən çox narahatçılıq keçirib. Amma bu xəbər mətbuatda yayılanda çökdüm. Anam çiynimdən tutdu ki, sən nələrdən keçməmisən. Dedim, bu damğanın altından necə çıxacam? Dedi ki, həmişə möhkəm olmusan. Bu damğa deyil, həyat sınağıdır.

Sevinənlər məhz bu işlə məşğul olanlardır ki, biz tək deyilik, Təranənin də adı hallandı. Mənə görə pis olanlar çox oldu. Mətbuatda dostlarım var idi ki, heç yazmadılar.

Rəsmi məlumat yox idi. Bu işi qaynadan insan dolayısı ilə mətbuata ötürdü. Yazanlar da nə bilir nə var, nə yox. Mənim ümumiyyətlə Türkiyəyə 2-3 ildir ki, giriş qadağam var. Nəinki Türkiyə, heç bir yerə çıxa bilmirəm. Bu işin sahibiyəmsə, niyə qadağam var. Hər halda banklara borcum olmazdı, avtomobilimi əlimdən almazdılar. Elə pulum olardı ki, heç bu xəbərlər sızmazdı”.

 

Orxan