Tərtərdə növbəti iməcilik keçirilmişdir (FOTO)

T-1

Son illər Tərtər rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır. Hər həftənin şənbə və bazar günləri rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarə və təşkilatların işçiləri öz ərazilərində iməcilik keçirir, abadlıq və təmizlik işləri aparırlar.

Yollar təmir olunur, kənarlarında yeni yaşıllıq zolaqları salınır, parklarda səliqə-səhman, abadlıq və yaşıllaşdırma işləri aparılır, yaşayış evlərinin həyətlərində nümunəvi məhəllələr salınır.

Sentyabrın 20-də rayonda keçirilən növbəti iməcilikdə 2000 nəfərdən çox rayon sakini iştirak etmiş, 1300-ə yaxın ağac və gül kolları əkilmiş, mövcud yaşıllıqlara qulluq edilmişdir.

T-2

T-3

T-4

T-1