Tərtərdə kampaniya 60% yerinə yetirilib

66

Ceyhun Cəfərov seçkiləri  bəhanə edib bu fürsətdən yararlanmaq istəyir .

 

9 oktyabrda keçiriləcək seçkilərdə xalqımızın İlham Əliyevə səs verəcəyi heç kəsdə şübhə doğurmur. Ölkədə aparılan islahatlar xalqımızın rifahına hesablanıb.Bu seçki kampaniyasında öz büdcəsinin artırılması üçün məqsədli şəkildə istifadə edən Tərtər icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun əməllərinə isə söz tapıb demək olmur.Ölkə başçısı öz çıxışlarında bildirir ki,sahibkarlara bölgələrdə şərait yaratmaq lazımdır. Onların fəaliyyətlərinin dəstəklənməsi dövlət büdcəsinin artımı deməkdir.  Respublikada keçirilən seçkiləri müxtəlif təşkilatlar və diplomatik korpuslar izləyiyirlər. YAP –nın namizədi İlham Əliyevin təbliğat –təşviqat kampaniyası  uğurla davam etdirilir. Artıq bu kampaniya 10 gündür ki,paytaxda olduğu kimi bölgələrdədə həyata keçirilir,və nəticə etibarı ilə belə qərara gəlmək olar ki, seçkilərdə İlham Əliyev yüksək səs çoxluğu ilə qalib gələcək. Lakin bu çür əhəmiyyətli hadisələri özünə fürsət bilən Ceyhun Cəfərov seçkilərin keçirilməsi üçün müxtəlif bahənələr gətirərək rayonda fəaliyyət göstərən sahibkarlardan pul yığdırır. Yığılan pulların dəyəri sahibkarların fəaliyyət növlərindən asılı olaraq 2000-5000 manat arası dəyışılır. Bəli ki, rayon mərkəzində fəaliyyət göstərən iri həcimli mağaza və ticarət obyektləri həmçinin kəndlərdə fəaliyyət göstərən təsərrufat subyektli obyekt sahibləri bu məbləğin verilməsindən boyun qaçıra bilməzlər. Xalq.az verilən məlumata görə, Ceyhun Cəfərovun adından rayon sahibkarları ilə görüşən icra hakimiyyətinin əməkdaşı və kəndlərdəki sahibkarlarla isə  icra nümayəndələri sentyabrın 28-dək pulların toplanması və Ceyhun Cəfərova təhvil verilməsi üçün hərəkətə keçiblər. Artıq 22-dən sentyabrdan başlanılan kampaniyanın 60% yerinə yetirilib.Sahibkarlar bildiri ki, «Doğrudur, məcburiyyət yoxdur. Yəni elə bir təəssürat yaradırlar ki, hər şey könüllü şəkildə baş versin. Amma biz də yaxşı bilirik ki, əgər icra başçısının adından istənilən məbləği verməsək, seçkidən sonra problemlə üz-üzə qalacağıq. Ona görə də əksəriyyət tələb olunan pulu vermək zorunda qalır.Bəzi sahibkarlar buna ehtiraz edərək bu kampaniyadan boyun qaçırıblar. Bu kimi hadisələrə dəfələrlə rast gələn sahibkarlar Prezident administrasiyasına  müraciət etmələri gözlənilir.

 

P.S Ölkə başçısına müraciət edən sahibkarlara müəyyən maneələr yaradılıb Belə ki,bir qrup sahibkar  poçt vasitəsi ilə Ölkə başçısına bu hadisə ilə bağlı teleqram göndərmək istəyiblər lakin  poçt əməkdaşı iş vaxtının bitdiyini bəhanə gətirərək teleqramı qəbul etməyib. 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq.