Tərtərdə təhlükəsiz oyun meydançası istifadəyə verilib

Tərtər rayonunun Səhləbad kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən inşa edilən təhlükəsiz oyun meydançası istifadəyə verilib.

XALQ.AZ xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətin başçısı Müstəqim Məmmədov layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, təhlükəsiz oyun meydançaları uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir.

Litva Respublikasının Azərbaycandakı səfiri Eqidius Navikas, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev uşaqlara təhlükəsiz oyun meydançasında asudə vaxtlarını səmərəli keçirmələrini və xoş istirahət arzulayıblar.

Sonra oyun meydançası uşaqların istifadəsinə verilib.

Orxan