Tərtərin yolları yararsiz haldadır

 

85

Tərtərin cəbhəyanı yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən kənd yolları yararsız haldadır. Sakinlər müharibə dövründən indiyədək yolların bu vəziyyətdə olmasından şikayətlənir. Nəqliyyat vasitələri yolun dağılması səbəbindən tez-tez xarab olur.

Cəbhə xəttinə yaxın yaşayış məntəqələrini birləşdirir. Bu yollardan yaşlı insanlarla yanaşı, məktəblilər də istifadə edir. Böyüklər kimi, onlar da yoldan şikayətçidir.

Zəruri hallarda yanğınsöndürən və ya təcili tibbi yardım maşınlarının hadisə yerinə vaxtında çatması mümkün olmur.

Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 29 saylı Yol İstismar İdarəsindən münasibət bildirmədilər. İdarədən dedilər ki, məsələ ilə əlaqədar hər hansı məlumatın verilməsi üçünTərtər Rayon İcra Hakimiyyətinin icazəsi olmalıdır. İcra Hakimiyyətindən isə bildirildi ki, bu məsələnin həlli üçün sakinlərin müraciəti lazımdır.APATV