Təyyarədə 1.5 ton narkotik aşkar edildi

 

05

Fransa Hava Yolları Şirkətinə məxsus təyyarədə 1,5 ton kokain tutulmuşdur

 

Fransa tarixində görünməmiş hadisə baş vermişdir. Fransanın narkotik maddələrlə mübarizə polisi Parisin yaxınlığındakı Nanter hava limanında Karakasdan gələn və “Air Franse” məxsus təyyarədə 1,5 ton təmiz kokain tutmuşdur. “Ağ ölüm” otuz çamadanda yerləşdirilmişdir.

Bu barədə jurnalistlərə Fransanın daxili işlər naziri Manul Valls məlumat vermişdir.
Nazir bildirmişdir ki, bu qədər narkotik maddə beynəlxalq əməkdaşlıq sayəsində ələ keçirilmişdir. Əməliyyatda Fransa polisi ilə yanaşı İspaniya, Böyük Britaniyalı və Hollandiyanın hüquq mühafizə orqanları da iştirak etmişdir.
Ələ keçirilən narkotik maddənin qara bazarda qiymətinin 200 milyon avro təşkil edir.
Narkotik maddəyə görə bir neçə nəfər həbs olunmuşdur.