Təyyarəni havada ildırım vurdu (FOTO)

Ildirim

Hollandiya Hava Yollarına məxsus təyyarəni havada ildırım vurub. Xalq.az-ın məlumatına görə, təyyarənin göyərtəsindəki 173 sərnişin baş verən hadisə nəticəsində havada qorxu dolu anlar yaşayıblar. İngiltərənin Birmingem şəhərinə eniş etməyə hazırlaşan “Boeing 737” tipli təyyarə 3 dəfə ildırım zərbəsinə tuş gəlib.

Baş verənlər isə o zaman evinin həyətində olan bir qadın tərəfindən lentə alınıb.

42 yaşlı Treysi Meakinin sözlərinə görə, hadisə zamanı evinin baxçasında oturub. “Mobil telefonla ildırımı çəkməyə çalışırdım. Mən peşəkar bir fotoqraf deyiləm. Bir daha belə bir kadr tutacağıma inanmıram. Hər şey tamamilə təsadüf nəticəsində alındı”.

Təyyarənin məxsus olduğu şirkət dəfələrlə bu cür hadisə ilə qarşılaşdıqlarını, lakin pilotların bu cür vəziyyətə qarşı təlim gördüklərini açıqlayıb.