Taekvondoçumuz qızıl medal aldı

Taekvando

Taekvondoçumuz yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan idmançısı Səid Quliyev yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarının taekvando yarışlarının qalibi olub.

73 kq çəkidə döyüşən Səid Quliyev finalda almaniyalı Həmzə Adnan Kərimə 10:4 hesabı ilə qalib gələrək Azərbaycana yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.

Beləliklə, Azərbaycan komandasının aktivində 1 qızıl və 4 gümüş medal var.