Tahir Babayev qətlə yetirildi

Sumqayıtda qətl hadisəsi baş verib.
Xalq.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin 11-ci mikrorayonunda yerləşən “Xanə” kafesinin qarşısında olub.
1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.