Tahir Kərimli ETİRAZ etdi: “İqtisadi” sözü nə çətin şeydir ki…”

“Yeni yaradılacaq məhkəmələrin “Kommersiya” adlandırılmasını doğru hesab etmirəm. Bəzi hallarda məhkəmələrimizə alverxana, kommersant deyirlər. “İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə “Kommersiya” verilir?”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində deputat Tahir Kərimli deyib.
Deputat “Düşünürəm, ad məsələsinə yenidən baxmaq lazımdır”, – deyə əlavə edib.
XALQ.AZ

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.