Tahir Mirkişili seçicilərlə görüşüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmiş Tahir Mirkişili Sumqayıtda seçiciləri ilə görüşüb.

XALQ.AZ  xəbər verir ki, deputat təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edib. Görüşdə Tahir Mirkişili ona ünvanlanan sualları cavablandırıb və onları narahat edən məsələləri dinləyib.

Deputata ünvanlanan müraciətlər arasında əsasən məşğulluq, əmlak, hüquq məsələləri üstünlük təşkil edib.

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Tahir Mirkişili bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Bir sıra məsələlər isə yerindəcə həll edilib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

Qeyd edək ki, Tahir Mirkişili hər ay Sumqayıt şəhərində mütəmadi olaraq seçiciləri qəbul edir.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.