Tahir Mirkişili seçicilərlə görüşdü-Fotolar

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,millət vəkili Tahir Mirkişili seçicilərlə görüşdü.

XALQ.AZ xəbər verir ki, deputat YAP Sumqayıt şəhər təşkilatında qəbula gələn seçicilərin problemləri dinləmiş, onları maraqlandıran müxtəlif sosial məsələlərin həlli üçün müvafiq işlərin görüləcəyi qeyd edilmişdir.

Qəbul zamanı bir neçə məsələ yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülmüşdür.

Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov iştirak etmişdir.