Tahir Mirkişili şəhid ailələri ilə görüşdü

Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili şəhid ailələrini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, Sumqayıtda Vətən müharibəsi şəhidi çavuş Sabir Əbdürrəhmanlının, və baş leytenant Mikayıl Məmmədzadənin ailəsi ziyarət olunub. Millət vəkili şəhid ailələri ilə görüşdə onların qayğıları ilə maraqlanıb. Deputat görüşdə şəhid valideynlərinə əsgər və zabitlərimizin qəhrəmanlıqlarının xalqımız və dövlətimiz üçün nə qədər önəmli olduğunu qeyd edib. İndidən sonra 100 il də keçsə onlar daim bu xalqın qəhrəmanları olaraq anılacaqlar!