Tale Heydərovun şirkətindən “XALQ.AZ”a MƏKTUB GƏLDİ

Tale Heydərovun Britaniya vətəndaşlığının alınması xəbərinə Gilan Holdingin Marketinq və Kommunikasiyalar Şöbəsindən XALQ.AZ -a məktub göndərilərək bildirilib ki, sözügedən xəbər həqiqətə uyğun deyil:

“Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib.

Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır”.

 

Orxan