Taleh Qaraşov görüşlər keçirib

8

 

 

Lənkəran şəhər icra başçısı Taleh Qaraşov qəbul keçirdi

 

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 24-də Aşağı Nüvədi qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan İcra başçısının Aşağı Nüvədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşadət Mirzəyev ərazi haqqında ümumi məlumat verdi, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra ərazi sakinlərindən Nisə Camalova, Ağa Əliyev və Hüseynağa Məmmədov çıxış edərək ölkəmizin bütün regionlarında, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə, xüsusilə bu gün əraziyə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova bütün sakinlər adından minnətdarlıqlarını bildirdilər.
Çıxışlarda xüsusi vurğulandı ki, ərazidə yaşayan sakinlər ölkə başçısının daxili və xarici siyasətini ürəkdən bəyənir, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamı dövlət başçımızın namizədliyini dəstəkləyəcək.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi, qəsəbədaxili 500 metrlik yolun asfaltlaşdırılmasını və Aşağı Nüvədi qəsəbə tam orta məktəbində idman zalının əsaslı təmir edilməsini xahiş etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında ilk növbədə bugün 20 illik fasilədən sonra əraziyə təbii qazın verilməsi münasibətilə əhalini təbrik etdi, tam orta məktəbin əsaslı təmiri və idman zalının yenidən qurulmasının və qəsəbədaxili yolun asfaltlaşdırılacağının tezliklə reallaşacağını bildirdi.
İcra başçısı daha sonra xalqımızın ölkə başçısı cənab İlham Əliyevin siyasətini dəstəklədiyini xüsusi vurğulayaraq Azərbaycanın dünya dövlətlərinə sürətlə inteqrasiya etdiyini, respublikada möhkəm ictimai-siyasi sabitliyin hökm sürdüyünü, əmək haqlarının, pensiyaların, ünvanlı sosial yardımların ilbəil artırıldığını diqqətə çatdırdı. Dövlətimizin qüdrəti artdıqca Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə yaxşılaşdığını söyləyən Taleh Qaraşov ölkə iqtisadiyyatının qanunlarla idarə olunduğunu, 2014-2018-ci illərə dair III Dövlət Proqramında qəsəbə və kəndlərin, ayrı-ayrı yaşayış məntəqələrinin bütün sosial problemlərinin həll ediləcəyini, yeni layihələrin və proqramların icrasının nəzərə tutulduğunu bildirdi.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

 


9

Lənkəranda iki kəndə qaz verildi

 

Sentyabrın 24-də Lənkəran rayonunun daha iki yaşayış məntəqəsinə – Aşağı Nüvədi qəsəbəsinə və Küvənil kəndinə təbii qaz verildi.
Bu münasibətlə keçirilən təntənəli açılış mərasimində Lənkəran ŞİH başçısının Aşağı Nüvədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşadət Mirzəyev, sakinlərdən Məlik Əliyev və Cəbrayıl Əyyubov çıxış edərək 20 illik fasilədən sonra ərazinin “mavi alov”la təmin edilməsilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə bütün sakinlər adından minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərini söylədilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə əhalini təbrik etdi, uzun fasilədən sonra sakinlərin arzusunun reallaşdığını söylədi, bu sevinci ölkə vətəndaşlarına bəxş edən cənab Prezident İlham Əliyevə əhali adından təşəkkürünü bildirdi.
Sonra qazın açılışını bildirən rəmzi məşəl alovlandırıldı.
Qeyd edək ki, Aşağı Nüvədi qəsəbəsində və Küvənil kəndində 961 ədəd sayğac və fərdi tənzimləyici, 27 min 826 metr metal boru quraşdırılmışdır

 


10

Taleh Qaraşov Riçard Morninqstarla görüş keçirib

 

ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar sentyabrın 24-də Lənkəran şəhərinə səfərə gəlmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra başçısı Taleh Qaraşov ali qonağı yenidən şəhərimizdə görməkdən məmnunluq hissini ifadə etdi, düz 1 il bundan əvvəl cənab səfirin Lənkərana səfər etdiyini xatırladan İcra başçısı ötən müddət ərzində rayonumuzda görülən işlər barədə səfirə məlumat verdi.
Cənab Riçard Morninqstar yüksək qonaqpərvərliyə və səmimi qəbula görə İcra başçısına minnətdarlıq etdi və ötən 1 il ərzində Lənkəranda çoxlu dəyişikliklərin şahidi olduğunu söylədi, Lənkəranda Amerika Mərkəzi üçün ayrılacaq yerə görə İcra başçısına təşəkkürünü bildirdi.
Cənab səfir sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi.
Həmin gün cənab R. Morninqstar “Lənkəran-Konserv” MMC-yə, “Palsüd” MMC-yə baş çəkdi, Lənkəranın bir sıra görməli yerləri ilə tanış oldu.