Taleh Qaraşov kəndlərdə qəbullar keçirib

11

İCRA BAŞÇISININ LƏNKƏRAN ŞƏHƏR SAKİNLƏRİ İLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

 

Oktyabrın 2-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü şəhərin Mirzə Məmmədhüseyn Axund, Şeyx Zahid, Mirsalayev və Üzeyir Hacıbəyov küçələrinin sakinləri ilə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazidə yaşayan sakinlər haqqında məlumat verdi.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək rayonumuzda gedən geniş abadlıq-quruculuq işlərindən danışdılar, şəhərdə salınan yeni park və bağların, inşa edilən yaşayış və məktəb binalarının, yeni uşaq bağçalarının, səhiyyə və mədəniyyət ocaqlarının sakinlərdə böyük sevinc hissi oyatdığını, insanlarda daha xoşbəxt gələcəyə inam formalaşdırdığını söylədilər. Bütün bu təqdirəlayiq işlərin həyata keçirilməsində böyük təşəbbüs göstərən cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər, 9 oktyabır prezident seçkilərində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
Görüşdə həmçinin bir neçə vətəndaş şəxsi xahişləri ilə bağlı İcra başçısına müraciət etdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq bu gün vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün respublikamızda həyata keçirilən dövlət proqramlarının, cənab Prezidentin regionların, xüsusilə də Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı sərəncamların icrasının hamıda yüksək əhval-ruhiyyə oyatdığını, bunun vətəndaşlarla münasibətdə aydın sezildiyini söylədi. Bütün bunlara cavab olaraq vətəndaşların cənab Prezidentin ətrafında sıx birləşməsinin vacib olduğunu bildirən İcra başçısı dövlətimizin iqtisadi-siyasi maraqlarının müdafiəsində, bədxah qonşularımızın ölkəmizə qarşı apardığı düşmənçilik siyasətinin qarşısının alınmasında hamını cənab Prezident İlham Əliyevə dəstək olmağa səslədi.
Taleh Qaraşov sonda görüş zamanı qaldırılan bir sıra məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Sonra sakinlərdən bir neçəsi çıxış edərək son zamanlar Lənkəranda aparılan genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərindən danışdılar, rayonun sosial-iqtisadi həyatında əldə olunan uğurlardan bəhs etdilər, qarşılaşdıqları bəzi problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Çıxış edənlərdən Amil Qurbanov, Yeganə Əhmədova, Fatma Abdullayeva, Amil Məmmədov, Ülkər Məmmədova və başqaları cənab Prezident İlham Əliyevin Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün son bir ildə imzaladığı sərəncamların icrasına başlandıqdan sonra rayonun simasında ciddi müsbət dəyişikliklərin əldə olunduğunu, vətəndaşların rifah halının daha da yaxşılaşdığını söylədilər, Lənkəranda yeni su-kanalizasiya sisteminin yenilənməsinin, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirinin, yeni inşa edilən Gənclər Mərkəzinin hamıda hədsiz sevinc hissləri yaratdığını bildirdilər. Bütün bu və ölkəmizdə aparılan digər quruculuq işlərinin təşəbbüskarı, yeni Azərbaycanın memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini və qarşıdan gələn 9 oktyabr prezident seçkilərində yekdilliklə ona səs verəcəklərini söylədilər.
Çıxışı zamanı İcra başçısı bildirdi ki, lənkəranlılar daim milli adət-ənənələrimizə bağlı, qədirbilən insanlar kimi tanınıblar. Buranın sakinləri nəinki rayonun, bütövlükdə respublikanın sosial-iqtisadi, siyasi həyatında fəal iştirak edərək ölkəmizin inkişafına öz əməli işləri ilə töhfə veriblər. Nəzərə alsaq ki, bu gün dövlətimizin inkişafında cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var, hər bir azərbaycanlı kimi lənkəranlılar da bu həqiqətə real qiymət verməli, dövlət başçımızın Azərbaycanımızın inkişafı üçün həyata keçirdiyi işlərdə ona dəstək olmalı, ölkəmizin daha da inkişaf etməsi üçün əzmlə çalışmalıdırlar.
Görüşləri yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov irəli sürülən təkliflərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

 


12

İCRA BAŞÇISININ KOSALAR KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Kosalar kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının Kosalar inzibati ərazi dairəsi üzrə nümayəndəsi Habil Məmədov açaraq nümayəndəliyə daxil olan Kosalar və Başal Şürük kəndləri haqqında məlumat verdi.
Görüş iştirakçılarından təqaüdçü Barat Yunusov, müəllimlər Sədail Ağayev, Mirəzim Əskərov və başqaları çıxış edərək son vaxtlar respublikamızda, o cümlədən rayonumuzda aparılan geniş quruculuq işlərindən danışdılar, həyata keçirilən sosial-iqtisadi proqramların vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasında müstəsna rol oynadığını bildirdilər, ərazidə görmək istədikləri yeniliklərlə bağlı təkliflərini İcra başçısının diqqətinə çatdırdılar.
Çıxış edənlər həmçinin bu gün dövlətimizin iqtisadi-siyasi cəhətdən güclənməsində, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə artmasında əvəzsiz xidmətlər göstərmiş cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasəti hamılıqla dəstəklədiklərini, qarşıdan gələn 9 oktyabır prezident seçkilərində yekdilliklə Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini əminliklə söylədilər.
Görüşü yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışlarından ərazidə yaşayan insanların xaraktercə səmimi və qonaqpərvər, dövlətçiliyə və millətçiliyimizə möhkəm bağlı olduqlarının açıq sezildiyini söylədi. Hazırda dövlətimizin siyasi gücünün hər gün daha da artmaqda olduğunu bildirən İcra başçısı bu işdə ölkə başçısının məqsədyönlü və gələcəyə hesablanmış siyasətinin mühüm rol oynadığını, hər bir azərbaycanlı kimi lənkəranlıların da bu uğurda cənab Prezidentə dəstək olmalarının vacibliyini vurğuladı.
Taleh Qaraşov sonda sakinlər tərəfindən səsləndirilən təkliflərin qısa müddət ərzində həyata keçiriləcəyini bildirdi.

 

*****

13

İCRA BAŞÇISININ QURUMBA KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

 

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Qurumba kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Qurumba inzibati ərazi dairəsinin nümayəndəsi Arzu Həsənov əraziyə daxil olan Qurumba və Narbağı kəndlərində 1527 nəfər əhalinin yaşadığını söylədi, onların məşğuliyyəti barədə qısa məlumat verdi, bəzi sosial-iqtisadi məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Ayrı-ayrı kənd sakinlərindən Təbriz Babayev, Ələddin Ramazanov, Yüzbaşı Ağayev, Əliqüdrət Təhməzli və başqaları çıxış edərək əraziyə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərinə söz verdilər.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov Azərbaycanın sürətlə inkişaf etdiyini, yeni iş yerlərinin açıldığını qeyd etdi, cənab Prezidentin hər bir Azərbaycan vətəndaşının yaxşı və firavan yaşaması üçün təxirəsalınmaz və vacib tədbirlərin həyata keçirdiyini bildirdi, bunun Lənkəranın timsalında aydın göründüyünü, yenidənqurma, tikinti və abadlıq işlərinin geniş vüsət aldığını söylədi.
İcra başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından geniş bəhs etdi, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutduğunu diqqətə çatdırdı, paytaxt Bakının beynəlxalq yarışların və turnirlərin mərkəzinə çevrildiyini xüsusi vurğuladı, Qarabağ konfliktinin tezliklə həllini tapacağını əminliklə söylədi və hamını ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.
Taleh Qaraşov sonda qaldırılan təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

*****

14

İCRA BAŞÇISININ SÜTƏMURDOV KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 2-də Sütəmurdov kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra  aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Sütəmurdov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Hüseynov  kənddə 4129 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra kənd sakinlərindən Fəxri Sadıqov, Qəribəli Cəfərov, Xeybər Xosrovov, Rahab Nəzərov, Fəxrəddin Canıyev və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsinə və su-kanalizasiya sisteminin yenilənməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, məktəbə gedən yolun təmir olunmasını xahiş etdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində yekdilliklə Ulu Öndərin siyasi kursunun davamçısına səs verəcəklərini əminliklə söylədilər.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, cənab Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğı sayəsində son 1 il ərzində rayonumuzda aparılan işlərə əhalinin verdiyi yüksək qiymət bizi daha yaxşı işləməyə ruhlandırır.
İcra başçısı həmçinin Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından, son 10 il ərzində müasir Azərbaycanın tarixində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən danışdı, cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsindən, ölkəmizin bütün sahələrində hökm sürən iqtisadi-siyasi sabitlikdən, dövlətimizin büdcəsinin sosial yönümlü olmasından, Azərbaycanda orta təbəqənin formalaşmasından, Azərbaycanın tolerant dövlət olmasından, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideyasından, hazırda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələrdən söz açdı.
Taleh Qaraşov sonda  məktəbə gedən yolun  təmiri üçün müvafiq qurumların rəhbərlərinə operativ tapşırıqlarını verdi.

****

15

XANBULAN KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul – görüşünü oktyabrın 3-də Xanbulan kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri,  İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının,  bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Faiq Köçəriyev əraziyə daxil olan Xanbulan, Bürcəli, Daşdatük, Aşağı Apu, Rəzvan və Sərinbulaq kəndlərində   1500  təsərrüfatda 5107 nəfər əhalinin yaşadığı  haqqında məlumat verdi, ərazidə aparılan abadlıq və quruculuq işləri barədə danışdı, mövcud çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı.
Sonra ayrı-ayrı kənd sakinlərindən Əliağa Məmmədov, Solmaz Nağıyeva, Məmmədəli Suvarov, Məryəm Quliyeva, Sima Salayeva və başqaları çıxış edərək respublikamızda, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə yüksək qiymət  verdilər, bir sıra təkliflər irəli sürdülər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini söylədilər.
ŞİH-nin başçısı Taleh Qaraşov bütün çıxış edən vətəndaşları diqqətlə dinlədikdən sonra yekun nitqində bugünkü görüş zamanı qaldırılan məsələlərin və təkliflərin qısa zaman kəsiyində həll ediləcəyini əminliklə vurğuladı və əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
İcra başçısı Daşdatük kənd yolunun asfaltlaşdırılması məsələsinin həll olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı, yolun  Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə asfaltlaşdırılacağını və tenderin qalibinin bu layihəni qısa zaman kəsiyində həyata keçirəcəyini əminliklə bildirdi.
Taleh Qaraşov daha sonra əlavə etdi ki, dövlətimiz gündən-günə möhkəmlənir, qüdrətli bir ölkəyə çevrilir. Hazırda ən ucqar dağ kəndlərinə yollar çəkilir, sosial layihələr sürətlə icra edilir. Son 10 ildə respublikada ümumi daxili məhsul istehsalı 3 dəfə artıb. Azərbaycan vətəndaşlarının maddi rifah halının daha da yaxşılaşdırılması cənab Prezidentin siyasətinin əsasını təşkil edir. Möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi daha firavan və xoşbəxt gələcəyə aparır.