Taleh Qaraşov növbəti görüş keçirmişdir

65

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 12-də Separadi kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.İcra başçısı və qonaqlar əvvəlcə əsaslı surətdə yenidən qurulmuş Separadi kənd həkim məntəqəsinin və “Haci Tərlan bulağı”nın açılışlarında iştirak etdilər.Açılışlardan sonra əhali ilə keçirilən görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Süleyman Əzimov nümayəndəliyin Separadi və Tükəvilə kəndlərini əhatə etdiyini, ərazidə 1184 təsərrüfatda 5146 nəfər əhalinin yaşadığını bildirdi, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.Ayrı-ayrı kənd sakinlərindən Şöhrət Cəfərov, Xanəhməd Mirzəyev, Gülağa Əkbərov, Dadaş Dadaşov, Aydın Əliyev, Asif Kəlbiyev və başqaları çıxış edərək ərazidən keçən magistral yolun əsaslı surətdə yenidən qurulması və asfaltlaşdırılması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ŞİH-nin başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlət başçımızı yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər, kəndara yollarının təmirini, Tükəvilə kəndinə təbii qazın verilməsini və bu kənddə yeni məktəb binasının tikilməsini İcra başçısından xahiş etdilər.Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov görüşdən əvvəl Separadi kənd həkim məntəqəsinin və bulaq kompleksinin əsaslı surətdə yenidənqurmadan sonra açılışlarında iştirak etdiklərini bildirdi, bu əlamətdar hadisələr münasibətilə əhalini təbrik etdi.İcra başçısı Ulu Öndər Heydər Əliyev yolunun Azərbaycan xalqına xoşbəxtlik gətirdiyini xüsusi vurğulayaraq bildirdi ki, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev bu yolu inamla, uğurla davam etdirir. Bu yol Azərbaycan vətəndaşlarının nicat yoludur. Dövlətimizin beynəlxalq nüfuzunun gündən-günə artdığını və ölkə iqtisadiyyatının gücləndiyini söyləyən Taleh Qaraşov qazanılan uğurlar nəticəsində əhalinin maddi rifah halının getdikcə yaxşılaşdığını söylədi və bütün lənkəranlıları cənab Prezidentin ətrafında sıx birləşməyə çağırdı.İcra başçısı sonda görüş zamanı qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini bildirdi və cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.