“Tam 40 gün boyunca qapalı məkanda qalmışam”

“Fəaliyyətimi yenidən davam etdirəcəyəm, məhkəməyə müraciət mütləq edəcəyəm”.
XALQ.AZ  xəbər verir ki, bunu  Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov deyib.
“Hər kəsə təşəkkür edirəm. Mən bura bu qədər insanın gəlməsini istəmirdim. Ona görə də heç kimə heç bir xəbər verilməmişdi. Özüm üçün də gözlənilməz oldu çıxmağım. Tam 40 gün boyunca qapalı məkanda qalmışam. Ona görə də bir az dincəlmək istəyirəm. Dünən axşam dindirilmişdim və bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, artıq Rusiyanı tərk edirəm”, – deyə Fuad Abbasov bildirib.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.