Tamam Cəfərova seçiciləri ilə görüşüb – FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərova 25 avqust 2021-ci il tarixində Avaxıl kənd məktəbinin bağçasında Şamaxı rayonunun Avaxıl, Dəmirçi, Səfalı, Zaratxeybəri kənd seçiciləri ilə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, seçicilərin problemlərini dinləyən T.Cəfərova bildirib ki, qeyd edilən məsələlərin həlli ilə əlaqədar hökumətə müraciət edib. Xanım deputat, seçicilərin problemlərini bundan sonra da gündəmdə saxlayacağını, həll olunması üçün qanuna müvafiq formada və səlahiyyətləri çərçivəsində bütün müvafiq addımları ataçağını deyib.

Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov da iştirak edib.