Tamilla Rüstəmova vəfat etdi

 Azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova dünyasını dəyişib. 

XALQ.AZ xəbər verir ki, 84 yaşlı sənətçi uzun çəkən xəstəlikdən sonra həyatını itirib. 

Qeyd edək ki, kino aktrisası “Ulduz”, “Böyük dayaq”, “Zirvə” və “Axırıncı aşırım” kimi filmlərdə rol alıb.  Qısa müddət ərzində parıldayan T. Rüstəmova Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən vokalçı Olgerd Krastınşa ərə gedib və Riqaya köçüb. Daha sonra isə Moskvada yaşayıb.