Tanınmış jurnalistə AzTV-də vəzifə verildi

AzTV-nin baş redaktoru faktı təsdiqləyib.

XALQ.AZ xəbər verir ki,  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarının tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Artıq yeni yaradılan şöbəyə təyinat olub.

Vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb.

AzTV-nin baş redaktoru Azər Qismət Modern.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, M.Aslanov uzun müddət APA və Report-da fəaliyyət göstərib.

 

Orxan