Tanınmış jurnalist bu qurumun mətbuat katibi oldu

ATV-də yayımlanan “ATV Səhər” verilişinin baş redaktoru Aytən Əliyevaya yeni vəzifə verilib.

XALQ.AZ-ın məlumatına görə, aparıcı İcbari Sığorta Bürosuna mətbuat katibi təyin olunub.

Bu barədə A.Əliyeva sosial şəbəkədə məlumat verib.  

Qeyd edək ki, Aytən Əliyeva ATV-də “Xəbərlər” proqramını da təqdim edib. O həmçinin, “Xəzər” və “Space” telekanallarında aparıcı olub.